7 min nəfər döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət edib

Oxunma sayı: 370
17-07-2020, 09:53

7 min nəfər döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət edib
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.

Arasdırma.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7000-ə yaxın müraciət daxil olub.
“Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir.

İyulun 16-da keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər.
Bildiririk ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.
Vətənpərvərlik və həmrəyliyinizə görə çox Sağ olun!”, – deyə məlumatda qeyd olunub.//Hurriyet

Paylaş
Xəbər lentİ