Bakıda maşın satmaq adı ilə DƏLƏDUZLUQ EDƏN ŞƏXSLƏR PEYDA OLUB

Oxunma sayı: 405
16-09-2020, 18:13

Bakıda maşın satmaq adı ilə DƏLƏDUZLUQ EDƏN ŞƏXSLƏR PEYDA OLUB
Şirvan Səlimov: “DİN-in 102 xidmətiylə əlaqə saxladım, lakin bu günədək mənə qarşı baş verən dələduzluq hadisəsi araşdırılmayıb”

Bakıda dələduzluqla məşğul olan şəxslər peyda olub. Belə ki, sözügedən dələduzlar elan saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələrək, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi tədqim edirlər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək, onlarla əlaqəni kəsmiş və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyirlər. Belə dələduzluğun qurbanı olan şəxslərdən biri də Qəbələ rayon, Nohurqışlaq kənd sakin Şirvan Hüsən oğlu Səlimovdur.

Bakıda maşın satmaq adı ilə DƏLƏDUZLUQ EDƏN ŞƏXSLƏR PEYDA OLUB

O, Hurriyyet.org-a müraciət edərək, maşın almaq məqsədilə Zaqatalaya üz tutduğunu bildirib. Lakin dələduzların dediyi ünvana çatdıqda isə aldadıldığını anlayıb: “Avqustun 4-ü saat 16.00 radələrində tap.az saytında “Vaz 2115” markalı avtomobili almaq məqsədilə, özünü Münasib Məmmədov kimi təqdim edən şəxslə əlaqə saxladım. 3900 manata satışa qoyulmuş avtomobili 3500 manata razılaşdıq. Axşam saatlarında maşını almaq məqsədilə Zaqatalaya üz tutdum. Münasib Məmmədov maşının Zaqatalanın Danaçılar kəndində olduğunu bildirdi. Həmin şəxs mənə maşın almağıma əmin olduğunu öyrənmək üçün 100 manat beh göndərməyimi istədi. O, pulu dayısıoğlu Zahidov Kamran Şirvan oğlunun adına göndərməyimi bildirdi. Eyni zamanda, dayısıoğlunun hərbçi olduğunu dedi. Mən Bakının Xətai rayonundakı marketlərdən birindən 100 manat pulu hesaba göndərdim. Artıq Qaradağ rayonu istiqamətində yola düşmüşdüm. Yolda gələrkən mənə bildirdi ki, orda vaxt itirməməyim və alqı-satqı etmək üçün mənə 200 manat da göndər. Qaradağ rayonu ərazisində yerləşən marketdə, yenidən Zahidov Kamran Şirvan oğlunun adına 200 manat ödəniş etdim. O əlaqə saxlayaraq, pulun çatdığını bildirdi. Eyni zamanda, çekin şəklini özünə göndərdim. Danışıq əsnasında, artıq sözügedən maşının mənim olduğunu bildirirdi. Daha sonra yola çıxdım. Gecə saatları olduğuna görə, Qəbələdə bir gecəlik kirayə qaldım. Səhər oyananda, Zaqatalaya getməyə hazırlaşdım. Zəng vurmaq istədikdə artıq maşın elanını yerləşdirən Münasib adlı şəxsin nömrəsinə zəng çatmırdı. Dayısıoğlu adlandırdığı Şirvan Zahidova zəng vurduqda isə Münasibin telefonunun enerjisinin bitdiyini dedi. Artıq Zaqatalaya çatdığımı bildirdikdə mənə gözləməyimi dedilər. Xeyli müddət gözləyəndən sonra artıq aldadıldığımı başa düşdüm.

Bakıda maşın satmaq adı ilə DƏLƏDUZLUQ EDƏN ŞƏXSLƏR PEYDA OLUB

Nömrələrə də zəng çatmırdı. Məcbur qalıb Daxili İşlər Nazirliyinin 102 zəng xidmətiylə əlaqə saxladım. Şikayətimi Qaradağ rayonunun Qobu polis bölməsinə yönəltdilər. Gecə saat 11.00 radələrində qayıdıb gədim və bir əməliyyatçı məni qarşıladı. Hadisəni olduğu kimi danışdım və izahatım alındı. Mənə 10 iş günü ərzində bildiriş veriləcəyi deyilsə də, bu günə qədər heç bir bildiriş verilməyib. Növbəti günlərdə də DİN-in 102 xidmətiylə əlaqə saxladım. Lakin bu günədək mənə qarşı baş verən dələduzluq hadisəsi araşdırılmayıb”.

Mələsəylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Hurriyyet.org-a açıqlamasında bildirdi ki, zərərçəkən şəxs məsələylə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi qaydada müraciət etsin. Məsələ nəzarətə götürülərək araşdırılacaq.

REDAKSİYADAN:Mövzunu davam etdirəcəyik.

Paylaş
Xəbər lentİ