KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib - ŞƏRTLƏR

Oxunma sayı: 639
1-02-2019, 01:58

KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib - ŞƏRTLƏR
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Arasdirma.info“Report”a istinaden xəbər verir ki, fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu,

2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi,

3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial vəsiyasi fəallığının artırılması,

4. İctimai vədövlət maraqlarının müdafiəsi,

5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi,

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, regionölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi,

7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması,

8. Azərbaycanın dövlətçilik tarixinin, milliadət-ənənələrinin, elm və mədəniyyətinin təbliği,

9. Azərbaycançılıq ideyasının təbliği,

10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi,

11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi,

12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi,

13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi,

14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması,

15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı,

16. Ekologiya və ətraf mühitin mühafizəsi,

17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi,

18. Elm və təhsilin inkişaf etdirilməsi,

19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər

Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanların, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlərin, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlərin, 1 il müddətində Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlərin, 6 ay müddətində barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanların, əsasən reklam və erotik xarakterli materiallar dərc edənlərin, təsisçisi dini qurumlar və dini icmalar olanların, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanların, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanların, təsisçiləri dövlət orqanları olanların müsabiqədə iştirakına icazə verilmir.

Layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır, ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 60000 manat müəyyən edilib.

Sənədlər 2019-cu il fevralın 1-dən martın 28-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək fondun ofisində qəbul olunur.

Ərizə yalnız fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Ərizəyə bu sənədlər daxil edilməlidir:

1. Layihə təklifi və fəaliyyət planı

2. Ərizə forması (Layihənin istiqaməti göstərilməklə),

3. KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd,

4. VÖEN,

5. KİV-in borcunun olmadığını təsdiq edən sənəd,

6. Redaksiya əməkdaşlarının sayı (elektron əmək müqaviləsi bildirişləri əsasında) layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri,

7. KİV-in son 2 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd.

Paylaş
Xəbər lentİ