11 saatlıq danışıqlar başa çatdı və humanitar atəşkəs qərarı verildi-VİDEO

Oxunma sayı: 552
10-10-2020, 05:14

11 saatlıq danışıqlar başa çatdı və humanitar atəşkəs qərarı verildi-VİDEO
Qarabağda humanitar ATƏŞKƏS ELAN EDİLDİ – VİDEO

Moskvada 11 saatlıq görüşdən sonra humanitar atəşkəs qərarı verilib.
Arasdırma.info Rusiya mətbuatına istinadən xəbər verir ki,Rusiya Xarici İşlər Naziri S.Lavrovun çıxışı zamanı 4 maddədən ibarət razılığı qeyd edib.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

1.2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur:

2.“Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq”.
3.Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən yeni substansiyalarla sulh şəraitində danışıqlar aparacaq.
4.Danışıqların formatı dəyişilməzdir.
11 saatlıq danışıqlar başa çatdı və humanitar atəşkəs qərarı verildi-VİDEO

Paylaş
Xəbər lentİ