Düşmən Bakıya ballistik raket ata bilərmi? - Polkovnik açıqladı...

Oxunma sayı: 339
24-10-2020, 03:35

Düşmən Bakıya ballistik raket ata bilərmi? - Polkovnik açıqladı...
İşğalçı Ermənistan döyüş meydanında məğlub olduğu üçün Azərbaycanın cəbhə xəttindən uzaq, mülki əhalinin sıx yaşadığı yaşayış ərazilərini hədəf alır. Buna misal olaraq, Gəncə şəhərini, Mingəçevir, Xızı, Qəbələ rayonunu göstərmək olar.

Bəs, Ermənistanın növbəti hədəfi Bakı ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Şair Ramaldanov Ermənistan ərazisindən Bakının vurulma ehtimalının olmadığını bildirib:

“Ermənistan Bakını ancaq Dağlıq Qarabağ ərazisindən vura bilər. Müharibənin ilk vaxtlarında bunu edə bilərdilərsə, indi artıq mümkün deyil. Çünki hazırda Qarabağ ərazisində ordumuz onların göz açmasına, hər hansı bir təxribat törətməsinə imkan vermir. Azərbaycan Silahlı Qüvvələri onların bütün hərbi texnikalarınını ən müassir silahlarla məhv edir. Bu haqda Müdafiə Nazirliyi də müntəzəm olaraq məlumatlar yayır. Bu baxımdan narahat olmağa heç bir əsas yoxdur”.

Paylaş
Xəbər lentİ