Ermənistan Bərdəyə raket atdı - 4 nəfər öldü, 10 nəfər yaralandı/Yeni/Foto

Oxunma sayı: 379
27-10-2020, 16:17

Ermənistan Bərdəyə raket atdı - 4 nəfər öldü, 10 nəfər yaralandı/Yeni/Foto
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Teleqraf.com-un Qarabağ bürosunun verdiyi məlumata görə, plənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

***

17:33

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.

***

17:06

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.
Ermənistan Bərdəyə raket atdı - 4 nəfər öldü, 10 nəfər yaralandı/Yeni/Foto
Ermənistan Bərdəyə raket atdı - 4 nəfər öldü, 10 nəfər yaralandı/Yeni/Foto

Paylaş
Xəbər lentİ