Bakıdakı yanğının səbəbi məlum oldu

Oxunma sayı: 652
26-02-2019, 01:07

Bakıdakı yanğının səbəbi məlum oldu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.​

***

Yasamalda yaşayış binasında baş verən yanğının güclü olduğu və xəsarət alanların olduğu barədə iddia paylaşılıb.

Hazırda əraziyə yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın baş verən əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub.

***

Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.

Report xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.

Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.

Onların həyatları üçün təhlükə yoxdur.

***

"Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova Şəfayət Mehdiyev küçəsində baş verən yanğın zamanı sakinlərlə birlikdə qəzetin baş redaktoru Aydın Quliyevin 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanımın da xilas edildiyini bildirib.

“Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır. Hələlik yanğının səbəbi bilinmir”, – o qeyd edib.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir.

Həkimlər onların vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.

***

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub.

Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.

Qeyd edək ki, yanğın söndürülüb.

Paylaş
Xəbər lentİ