Baş redaktorun məhkəmə qərarı qüvvədə qaldı.

Oxunma sayı: 583
7-06-2019, 20:00

Baş redaktorun məhkəmə qərarı qüvvədə qaldı.
Bakıda narkotik alverindı ittiham edilən baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətinə baxılıb.

Araşdırma.info yerli mətbuata istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində Şəfəq Ağacanın şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.

Paylaş
Xəbər lentİ