“Ona inanıram” – Amaşov Fuad Abbasovla görüşdü

Oxunma sayı: 485
30-06-2019, 03:04

“Ona inanıram” – Amaşov Fuad Abbasovla görüşdü
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rusiyadan Azərbaycana deportasiya olunmuş jurnalist Fuad Abbasovla görüşüb. Görüşdə Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak edib.

Bu barədə şura sədrinin özü məlumat verib.

O, görüşdə jurnalistin gələcək fəaliyyəti və digər məsələlər haqda danışdığını deyib:

“Rusiyadan öz ölkəsinə deportasiya olunan Fuad Abbasovla Mətbuat Şurasında görüşdük. O, başına gələnləri danışdı, ağır gunlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına öz minnətdarlığını bildirdi. Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik.

İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün “Misra” TV internet telekanalında gerçəkləşdirəcək. (teleqraf.com)

Paylaş
Xəbər lentİ