Vahid Əhmədovun oğlu prokuror təyin olundu

Oxunma sayı: 741
3-07-2019, 06:42

Vahid Əhmədovun oğlu prokuror təyin olundu
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Arasdırma.info Azvision.az-a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.
Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

Paylaş
Xəbər lentİ