Avstraliyada 250 milyon dollar dəyərində narkotik aşkarlanıb

Oxunma sayı: 602
8-03-2017, 13:12

Avstraliyada 250 milyon dollar dəyərində narkotik aşkarlanıb


Avstraliya hüquq-mühafizə orqanları Sidneydə “qara bazar”da dəyəri 247 milyon dollar olan 540 kq metamfetamin müsadirə edib.

arasdirma.info-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, güclü təsirə malik narkotik maddə olan metamfetamin396 plastik qabda aşkarlanıb.

Narkotik vasitə ABŞ-dan bir yük gəmisi ilə Sidneyin qərbindəki anbara gətirilib. Əməliyyat zamanı 2030 yaşlı 7 kişi və bir qız saxlanılıb. Onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilirlər

Paylaş
Xəbər lentİ