DƏHŞƏTLİ HADİSƏ: Atanın səhlənkarlığı nəticəsində əkiz uşaqlar öldü

Oxunma sayı: 628
28-07-2019, 23:35

DƏHŞƏTLİ HADİSƏ: Atanın səhlənkarlığı nəticəsində əkiz uşaqlar öldü
Nyu-York ştatında 8 saat maşında qalan bir yaşlı əkizlər istidən dünyalarını dəyişiblər.

Bu barədə New York Post xəbər verib.

Roklend şəhərinin sakini, 39 yaşlı Xuan Rodriges polisə bildirib ki, işlədiyi xəstəxananın həyətində maşınını park edəndə əkizləri Luna ilə Feniksin hələ də maşında olduqlarını bilməyib.

"Mən fikirləşirdim ki, işə gəlməzdən qabaq onları uşaq bağçasında düşürtmüşəm. Mən tamam huşumu itirmişəm. Uşaqlarım məhv oldular, öz uşaqlarımı özüm öldürdüm", - şənbə günü çıxarıldığı məhkəmədə Rodriges hönkürərək deyib.

USA Today qəzeti bildirib ki, Rodrigesə iki maddə - qərəzsiz qətl və ehtiyatsızlıqdan adam öldürmə - üzrə ittiham irəli sürülüb.

Onun vəkili 100 min dollarlıq zəmanət pulu ödəyib, iki saat sonra Rodriges azadlığa buraxılıb.

Çıxışda onu həyat yoldaşı və əkizlərin anası Marissa və iyirmiyədək dostu ilə qohumu qarşılayıblar. Marissa ərini qarşılamağa indi yeganə olan 4 yaşlı oğlunu da gətirib. Bildirilir ki, bu uşağı Rodriges hadisənin baş verdiyi gün digər bağçaya verib. Sonra isə əkizləri də yasliyə qoyduğunu düşünərək sosial xidmətçi işlədiyi xəstəxanaya yollanıb.(Sputnik)

Paylaş
Xəbər lentİ