Azərbaycanda xəzinədar işlədiyi yerdən 340 min manat götürüb YOXA ÇIXDI

Oxunma sayı: 492
14-08-2019, 23:37

Azərbaycanda xəzinədar işlədiyi yerdən 340 min manat götürüb YOXA ÇIXDI
Arasdırma.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

Araşdırmalar davam etdirilir.(Publika.az)

Paylaş
Xəbər lentİ