Gəlinini doğrayan kişinin ŞOK İFADƏSİ: "Qulağını kəsdim, dərisini soydum..." - VİDEO

Oxunma sayı: 209
19-01-2022, 08:45

Gəlinini doğrayan kişinin ŞOK İFADƏSİ: "Qulağını kəsdim, dərisini soydum..." - VİDEO
Düz bir il əvvəl, 2021-ci il yanvarın 27-si Bakıda baş verən dəhşətli cinayət hadisəsi hamını şoka saldı. Belə ki, həmin gecə saat 1 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanının qarşısında yerləşən məişət tullantıları qutularının içərisindən 4 ədəd kisədə və 2 ədəd sellefon torbada insan bədəninin müxtəlif hissələrinin aşkarlanması barədə məlumat daxil olur. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxır, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.


İstintaqla müəyyən edilir ki, qətlə yetirildikdən sonra hissələrə bölünərək zibilliyə atılan meyit Bakı şəhərində yaşayan, 1989-cu il təvəllüdlü Banı Məhərrəmovaya məxsusdur. Onun yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ş.Rustaveli küçəsi 3/8 ünvanındakı evin hamam otağının pəncərəsindən, qapının çərçivəsindən və divarından ümumilikdə 3 ədəd, «Hyundai İX 35» markalı avtomobilin yük yerindən 2 ədəd qanabənzər ləkələrdən nümunələr, həyətdən isə 1 ədəd balta qablaşdırılaraq, götürülür. Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, mərhumun qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmov saxlanılır.
İstintaqla müəyyən edilib ki, yanvarın 26-sı saat 15 radələrində İdris Məhərrəmov evdə arvadının olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamaqlarından istifadə edərək, qisas məqsədi ilə gəlinini öldürməyi qərarlaşdırıb. Əlində çəkiclə gəlininə arxadan yaxınlaşan kişi onun başına iki zərbə vurub. Daha sonra gəlininin aman diləməsinə əhəmiyyət verməyərək onu əllərindən tutub sürüməklə zirzəminin qarşısına aparıb. Mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirən İ.Məhərrəmov daha sonra balta və bıçaqla meyiti hissələrə ayırıb. Sonra isə həmin hissələri torbalara yığaraq özünə məxsus “Hyundai” markalı avtomobilin yük yerinə qoyub və saat 20 radələrində onları 4-cü mikrorayonda, məişət tullantıları konteynerlərinə atıb.



İş üzrə dindirilmiş İdris Məhərrəmov bildirib ki, oğlu Fariz 2015-ci ildə Banı ilə ailə həyatı qurub, həmin vaxtdan birlikdə yaşayıblar. 2016-cı ildə ilk övladları dünyaya gəlib. 2017-ci ildə Banı ilə Fariz arasında böyük narazılıqlar yarandığından gəlini Naxçıvana gedib və atasının evində 4-5 ay qalandan sonra, geri qayıdıb. 2018-ci ilin payızında onların ikinci övladları dünyaya gəlib. Bundan sonra Banı daha da aqressivləşib və digər ailə üzvləri ilə yanaşı onunla da söyüşlə danışmağa başlayıb: “2020-ci ilin yanvar ayında oğlum arvadını yataq otağında başqa kişi ilə telefonla danışanda tutdu. Bundan başqa, həyat yoldaşım da gəlinin kənar şəxslə telefonla danışdığını mənə dedi. Hətta bir dəfə axşam saatlarında evə gələndə həyətdə Banının bir kişi ilə söhbət etdiklərini gördüm. Oğlandan kim olduğunu soruşanda, o özünü itirərək cavab vermədi. Banı oğlanın qarşısına keçərək onun dayısı oğlu olduğunu dedi”.

Paylaş
Xəbər lentİ