Bakıda avtomobilə atəş açdılar

Oxunma sayı: 234
21-01-2022, 08:14

Bakıda avtomobilə atəş açdılar
Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

Bu barədə Cahantv.az hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Əməkdaşımız bununla əlaqədar DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.//Cahantv.az

Paylaş
Xəbər lentİ