Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi
Oxunma sayı: 778
9-03-2017, 14:23
Mingəçevir Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Nisə Rzayeva vəfat edib.
Teatrın direktoru Səxavət Məmmədovun verdiyi məlumata görə, Nisə Rzayeva martın 8-də 80 yaşında dünyasını dəyişib.
Aktrisa ilə Mingəçevir Dövlət Dram Teatrında vida mərasimi keçirildikdən sonra o, şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Mənbə: APA
Paylaş