Bakıda pulla dolu seyf oğurlandı

Oxunma sayı: 533
25-09-2019, 19:36

Bakıda pulla dolu seyf oğurlandı
Bakı şəhəri, Səbail rayon sakininin mənzilindən içində pul olan seyf oğurlanıb.
Arasdırma.info xəbər verir ki, barədə Cahantv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluğun Aydın Məmmədov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Fuad Musayevin mənzilindən edildiyi məlum olub. Zərərçəkmiş bu barədə 8-ci Polis Bölməsinə məlumat verib və oğurluğun sentyabrın 23-ü saat 18:45 radələrində baş verdiyini bildirib.
Cinayətkar naməlum şəkildə içində 1800 ABŞ dolları (təxminən 3000 manat) olan 40X20 ölçüsündə seyfi oğurlayıb.

Hazırda 8-ci Polis Bölməsinin əməkdaşları oğurluq faktı üzərində araşdırma aparır.Olke.az

Paylaş
Xəbər lentİ