Təyyarə yaşayış evinin üstünə düşdü – Sağ qalan yoxdur

Oxunma sayı: 456
24-11-2019, 18:28

Təyyarə yaşayış evinin üstünə düşdü – Sağ qalan yoxdur
Təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində, daha 5 nəfər ölüb. Artıq bir neçə nəfərin cəsədinin tapıldığı bildirilir

Konqo Demokratik Respublikasının (KDR) Qome şəhərində kiçik bir təyyarə qəzaya uğrayıb, ən azı 24 nəfər həlak olub.

Arasdırma.info "France-Presse (AFP)" agentliyinə istinadla xəbər verir ki, qəzaya uğrayan “Busy Bee” şirkətinə məxsus “Dornier-228” tipli kiçik tutumlu təyyarədir.

Təyyarədə 17 sərnişin və iki ekipaj üzvü olub. Onların hamısının öldüyü bildirilir.

Təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində, daha 5 nəfər ölüb. Artıq bir neçə nəfərin cəsədinin tapıldığı bildirilir.

Qəzanın səbəbləri araşdırlır.
Sputnik Azərbaycan

Paylaş
Xəbər lentİ