Azərbaycanlı kosmetoloqu öldürüb basdıranlarla bağlı qərar verildi

Oxunma sayı: 429
28-11-2019, 12:57

Azərbaycanlı kosmetoloqu öldürüb basdıranlarla bağlı qərar verildi
Qazaxıstanın Almatı vilayətində azərbaycanlını öldürən 28 yaşlı Jangeldi Koblanov və Aydan Berenovanın məhkəməsi olub.

Arasdırma.info xəbərinə görə, üç uşaq anası 40 yaşlı Bəturə Məmmədova Almatıda gözəllik salonunda kosmetoloq işləyirmiş.

O, taksidə olduğu zaman sürücü Jangeldi Koblanov ondan qızıl əşyalarını verməyi tələb edib. Bəturə Məmmədova etiraz edəndə Jangeldi Koblanov və sevgilisi Aydan Berenova onu öldürüblər.

Daha sonra Bəturənin üzərində olan qızıl əşyalarını və pulu götürüb meyiti basdırıblar. Ona məxsus əşyaları isə yandırıblar.

Məhkəmə qərarına əsasən, təqsirləndirilən Jangeldi Koblanov 17 il, Aydan Berenova isə 16 il azadlıqdan məhrum edilib.

Onlar törətdikləri əməli etiraf etməyiblər.

Paylaş
Xəbər lentİ