Həbs olunan başçının oğlanları yüksək vəzifə tutur

Oxunma sayı: 378
19-12-2019, 14:59

Həbs olunan başçının oğlanları yüksək vəzifə tutur
Ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu Ramin Quliyev hakimdir.

Arasdırma.info xəbər verir ki, 41 yaşlı Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimidir.

R.Quliyev buna qədər 2001-2007-ci illərdə Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakının Suraxanı Rayon Məhkəməsində məsləhətçi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmədə məhkəmə nəzarətçisi vəzifələrində çalışıb.


2013-cü ildən hazırkı vəzifəsinə təyinat alıb.

Virtualaz.org başçının digər oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vəzifə tutduğunu yazıb.

Paylaş
Xəbər lentİ