Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - Yeni xəbər

Oxunma sayı: 509
20-12-2019, 17:34

Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - Yeni xəbər
Bakıda silahlı insident törətməkdə təqsirli bilinən Taleh Calalov, Vüsal Hüseynov, Səxavət Hüseynov, İmran Bəbirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Arasdırma.info xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Təqsirləndirilən şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilə tapançadan atəş açıb.



Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib.

Qətlə yetirilən kriminal avtoritetin Mübariz Budaqlı olduğu aydınlaşıb. Mübariz Budaqlının avtomobilində olan sərnişin Nazim Qədirov isə xəsarət alıb.

Yol Patrul Xidmətinin əməkdaşları hadisədə şübhəli bilinən 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobili saxlayıb. Avtomobildə iki nəfər olub, onlardan biri Səxavət Hüseynovdur.

Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - Yeni xəbər

10-VT-117 qeydiyyat nişanlı “BMW 745” markalı daha bir avtomobil axtarışa verilib. Bu barədə paytaxt ərazisində bütün polis əməkdaşlarına məlumat verilib. Məlumat əsasında dəstənun digər üzvləri axtarışa verilən avtomobildə saxlanılıblar.

Xatırladaq ki, "Favorit” supermarketinin yanında qeydə alınan hadisə zamanı öldürülən 1976-cı il təvəllüdlü Mübariz Budaqlı kriminal aləmin nümayəndəsi olub.

Qətlin səbəbi isə Mübariz Budaqlı ilə Taleh Calalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib.

Belə ki, Mübariz Budaqlı və digər iki nəfər Taleh Calalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - Yeni xəbər

Söz-söhbətləri eşidən Taleh Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin Mübariz Budaqlı onun qəzəbindən yan keçə bilib.

İlkin dindirilmə zamanı saxlanılan Taleh Calalov iyunun 7-də Mübariz Budqalı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.



Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi.

Ancaq bu versiya öz təsdiqini tapmadı.

İstintaq orqanı tərəfindən Taleh Calalov, Vüsal Hüseynov, Səxavət Hüseynov, İmran Bəbirovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddəsi ilə ittiham elan edilib.
Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - Yeni xəbər

Paylaş
Xəbər lentİ