Bakıda gənc qızın avtobusda öldürülməsi... - Rəsmi

Oxunma sayı: 401
21-12-2019, 22:50

Bakıda gənc qızın avtobusda öldürülməsi... - Rəsmi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusunda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Arasdırma.info xəbər verir ki,DİN-dən Axar.az-a verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı öldürməsi barədə məlumat yayılıb.

Paylaş
Xəbər lentİ