Arasdirma.info

Bakıda zəhərlənib ölən polis rəisinin görüntüləri

25-12-2019, 18:07

Bakıda zəhərlənib ölən polis rəisinin görüntüləri
Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Arasdırma.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından Cahantv.az-a bildirilib ki, Nərimanov rayon prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin Cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.

Polis zabiti dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və "zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Baş Prokurorluğun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

"Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilir.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.Publika.az

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN