Bakıda Türkiyə vətəndaşına 123 min manatlıq pul atdılar – Məhkəmə

Oxunma sayı: 419
1-01-2020, 20:48

Bakıda Türkiyə vətəndaşına 123 min manatlıq pul atdılar – Məhkəmə
Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Qəmbərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Arasdırma.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki, Türkiyə vətəndaşı Elemana Necati Sultanalı oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək Ceyhun Qəmbərovun onun etibarından sui-istifadə edərək 123 min manatını dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Ceyhun Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Xəbər lentİ