Keçmiş icra başçısı və deputat dünyasını dəyişdi...

Oxunma sayı: 424
2-01-2020, 21:40

Keçmiş icra başçısı və deputat dünyasını dəyişdi...
Saatlı rayonunda Əhmədovlar ailəsinə ağır itki üz verib.

Uzun illər rəhbər vəzifələrdə işləmiş,12 il Saatlı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmıs, 3-cü çağırış Milli Məclisin deputatı olmuş Gülhüseyn Əhmədov vəfat edib.

Əhmədov Gülhüseyn Əliəhməd oğlu 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Biologiya elmləri namizədi, 15 elmi əsərin müəllifi idi.

1977-ci ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olmuşdur. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmişdi.
Həmin dönəmdə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Paylaş
Xəbər lentİ