Bakının 6 rayonunda polis əməliyyat keçirdi - Həbs olunanlar var

Oxunma sayı: 449
21-01-2020, 17:50

Bakının 6 rayonunda polis əməliyyat keçirdi - Həbs olunanlar var
Bakının Suraxanı rayonunda oğurluq hadisəsi törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Arasdırma.info xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Quliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov Bülbülə qəsəbəsi ərazisində saxlanılıb.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov tutulub.

Daha bir əməliyyat Sabunçu rayonunda keçirilib. 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 108 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - H.Məmmədov və Ş.Hacıyev saxlanılıblar.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Binəqədi qəsəbəsindəki kafelərdən birinin həyətindən “Xaski” cinsli iti oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini İ.Qaçayev saxlanılıb.

Yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilmiş və o, 9-cu polis bölməsinə təhvil verilib.Teleqraf.com

Paylaş
Xəbər lentİ