Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, eniş etdi

Oxunma sayı: 368
29-01-2020, 21:43

Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşdu, eniş etdi
Bu gün saat 20:31-də Bakıdan Moskvaya yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854

nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev

Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.



Bu barədə AZAL-dan məlumat verilib.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.

Paylaş
Xəbər lentİ