Deputatlığına namizəd qəzaya düşdü: maşın aşdı - Foto

Oxunma sayı: 382
1-02-2020, 14:20

Deputatlığına namizəd qəzaya düşdü: maşın aşdı - Foto
Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Arasdırma.info xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat və foto paylaşıb.

O, rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən Fərzalı kəndində avtomobil qəzasına düşdüyünü bildirib.

Qəza zamanı avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Namizəd qəza səbəbindən bir sıra görüşləri təxirə salmalı olduqlarını bildirib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.Axar.az

Paylaş
Xəbər lentİ