Arasdirma.info

Qazaxda benzin daşıyan maşın yanıb

11-11-2017, 23:11

Qazaxda benzin daşıyan maşın yanıbQazaxda benzin daşıyan "Mercedes" markalı yük maşınında yanğın olub.
"Düzbucaqtv"nin Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub.
Məlumata görə, yanğının qarşısı alınıb. Nəticədə maşına ziyan dəyib

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN