Arasdirma.info

47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi – Bakıda şok olay

7-04-2020, 18:16

47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi – Bakıda şok olay
Bakının Xətai rayonunda qadına işlədiyi köşkdə təcavüz edən 1973-cü il təvəllüdlü Vaqif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Arasdırma.info xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin edilib.

Vaqif Məmmədovun barəsində həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, ötən il sentyabrın 8-də 1987-ci il təvəllüdlü paytaxt sakini L. A. Xətai rayonu, Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pul tələb edib.

Kassada olan 650 manatı götürən qarətçi hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətkar 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu saxlanılıb.

İstintaq orqanı tərəfindən Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.Teleqraf.com

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN