Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu həyatını itirdi

Oxunma sayı: 350
12-04-2020, 12:52

Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu həyatını itirdi
Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarəti oğulu həyatını itirib.

APA-nın yerli bürosunun məlumatına, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evə benzin tökərək yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan TTYX briqadası ilə Bakı şəhərində gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Ə. Vəliyev vəfat edib.

Xatırladaq ki, aprelin 7-də hadisəni törədən 57 yaşlı V. Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş
Xəbər lentİ