Azərbaycan vətəndaşı Moskvada koronavirusdan öldü

Oxunma sayı: 363
15-04-2020, 19:02

Azərbaycan vətəndaşı Moskvada koronavirusdan öldü
Azərbaycan vətəndaşı Moskvada koronavirusdan vəfat edib.

Arasdırma.info yerli mətbuata istinadən xəbər verir ki, dünən 40 yaşlı Rəhimov Vasif Xaliq oğlu xəstəxanada ölüb.

Tibb işçiləri ona koronavirus diaqnozu qoyub.

Mərhumun yaxınları bildirib ki, V.Rəhimovda bir neçə gündür ki, koronavirusun əlamətləri olub. Amma o həkimə getməməkdə israr edib.

Dünən vəziyyəti daha da pisləşən şəxs xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Paylaş
Xəbər lentİ