Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Oxunma sayı: 709
24-11-2017, 15:20

https://report.az/storage/news/179011cc742136e4f9446432638e45ec/bfa18a5c-3f57-4ed6-89ba-cbf7d82b5f83.jpgAğdaş. 24 noyabr. arasdirma.info/ Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.
"arasdirma.info"un yerli bürosu xəbər verir ki, hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Ağdaş. 24 noyabr. arasdirma.info/ Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ