Özünü hərbçi kimi təqdim edərək, xüsusi karantin rejimi pozan şəxs tutuldu

Oxunma sayı: 369
20-04-2020, 23:31

Özünü hərbçi kimi təqdim edərək, xüsusi karantin rejimi pozan şəxs tutuldu
Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində hərbi geyimli bir şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbçi olmasından şübhələniblər və onu ərazi üzrə polis bölməsinə gətiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ