Bakıda karantin rejimini pozan şəxs həbs edildi

Oxunma sayı: 398
23-04-2020, 16:47

Bakıda karantin rejimini pozan şəxs həbs edildi
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 23-də Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib.

Paylaş
Xəbər lentİ