Bakıda maskalı şəxs aptekə silahla basqın etdi: özü də nəyə görə - FOTO

Oxunma sayı: 381
27-04-2020, 05:39

Bakıda maskalı şəxs aptekə silahla basqın etdi: özü də nəyə görə - FOTO
Bakı şəhər Baş Polis İdarəsindən Lent..az-a verilən məlumata görə, hadisə aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə aptekə daxil olaraq, əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

BŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş
Xəbər lentİ