Bakıda maskalı şəxs OBA-ya silahlı basqın etdi

Oxunma sayı: 455
1-05-2020, 07:01

Bakıda maskalı şəxs OBA-ya silahlı basqın etdi
Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib.

Arasdırma.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb.

Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş
Xəbər lentİ