Oruc tutan Əli Quran oxuyarkən HAQQ DÜNYASINA QOVUŞDU...-FOTO

Oxunma sayı: 376
1-05-2020, 16:20

Oruc tutan Əli Quran oxuyarkən HAQQ DÜNYASINA QOVUŞDU...-FOTO
O, həyatı boyu özü kimi Quranı əzbər bilən yüzlərlə hafiz hazırlayıb...


Türkiyənin Aydın şəhərində Qurani-Kərim hafizi Hacı Əli Şeflekin dünyasını dəyişməsi xəbəri internetdə həssas duyğularla qarşılanıb.

Arasdırma.info bu haqda “Haberturk”ə istinadla xəbər verir.

Hacı Əli Quranı əzbər bilib və Quran tilavəti - qiraəti mövzusunda bir mütəxəssis olub. O, həyatını Müqəddəs Yazıların hifz olunmasına həsr edib. "Hafiz" sözü ərəb dilindən "qəyyum", qoruyucu (təhrifdən qoruyan) kimi tərcümə olunur.

Yadda qalma rahatlığı Quranın möcüzəvi xüsusiyyətlərindəndir ki, Qiyamət gününə qədər mətnin dəyişməz qalmasını təmin edir:

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Qurani-Kərim, Həcc surəsi, 9-cu ayə)

Hərfi mənada hər bir inanclı müsəlman, Müqəddəs Kitabın müəyyən bir hissəsini orijinal dildə əzbər oxuya bilən bir hafizdir. Dünyadakı milyonlarla mömin bütün Quranın hafizidir. Onlardan biri də Hacı Əli Şeflek idi. O, mübarək Ramazan günlərində oruclu ikən Quran oxuyarkən başını Müqəddəs Yazılara söykəyərək haqq dünyasına qovuşub.

Allah rəhmət eləsin!Moderator.az
Oruc tutan Əli Quran oxuyarkən HAQQ DÜNYASINA QOVUŞDU...-FOTO
Oruc tutan Əli Quran oxuyarkən HAQQ DÜNYASINA QOVUŞDU...-FOTO

Paylaş
Xəbər lentİ