Avtomobil parçalandı: ölən və yaralılar var - FOTO

Oxunma sayı: 390
2-05-2020, 19:28

[thumb=left]http://arasdirma.info/uploads/posts/2020-05/1588447697_1588442899715_r5kd9ybp.jpeg[/thumb
Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlardan biri - "VAZ 21011"-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Allahverdiyev Aqşin Firudin oğlu, 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlunun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Saat 19:41

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
[thumb=left]http://arasdirma.info/uploads/posts/2020-05/1588447729_1588442899563_c8qhaaok.jpeg[/thumb]

Paylaş
Xəbər lentİ