Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində

Oxunma sayı: 416
12-05-2020, 03:58

Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində
Bakının Binəqədi rayonunda ümumi sahəsi 22360 kvadratmetr olan “EuroHome” tikinti materialları bazarının 3300 kvadratmetr ərazisi yanıb.

Bu barədə APA -ya nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirib.

F.Əsədovun sözlərinə görə, digər ərazi yanğından mühafizə olunub.

Əraziyə FHN-in 32 texnikası, 145 nəfər şəxai heyət cəlb edilib.

***

01:08

Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə APA -ya Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğın söndürülüb: "Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın bazarın birinci mərtəbəsinin 3500 kvadratmetr ərazisini əhatə edib".

***

00:38

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, nazir yanğının baş verdiyi əraziyə baxış keçirib, yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub.

***

23:38

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib.

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.

***

23:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA -ya verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş
Xəbər lentİ