Hamilə qadın güllələndi: vəziyyəti ağırdır

Oxunma sayı: 363
12-05-2020, 04:22

Hamilə qadın güllələndi: vəziyyəti ağırdır
Kürdəmir sakini güllə yarası alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir.

Paylaş
Xəbər lentİ