Azərbaycanda polis intihar etdi

Oxunma sayı: 391
25-05-2020, 21:12

Azərbaycanda polis intihar etdi
Goranboyda polis intihar edib.

Bununla bağlı Cahantv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayonun Buzlaq kənd sakini, 25 yaşlı Məharət Nağıyevin asılmış meyiti tapılıb. Onun ötən gün ailə münaqişəsindən sonra yoxa çıxdığı, bu gün isə Yuxarı Ballıqaya kəndi ərazisindəki meşədə meyitinin tapıldığı qeyd edilir.

M.Nağıyev Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Xəbər lentİ