Azərbaycanlı müğənni dəhşətli yol qəzasına düşdü: ölənlər və yaralılar var - FOTO

Oxunma sayı: 491
10-06-2020, 16:58

Azərbaycanlı müğənni dəhşətli yol qəzasına düşdü: ölənlər və yaralılar var - FOTO
Cənubi azərbaycanlı müğənni Afşin Azəri avtomobil qəzası keçirib.

Arasdırma.info xəbər verir ki, bu barədə “Ardebilgram” səhifəsi məlumat yayıb.

Xəbərə görə, hadisə Təbrizin Hakim Nizami Keçidinin altında olub. Qarşıdan gələn "Dena" markalı avtomobil ifaçının MVM markalı avtomobilinə çırpılıb.

Nəticədə birinci avtomobildəki 3 nəfər dünyasını dəyişib. Azərinin ailə üzvləri isə yaralı şəkildə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Azəri "Can-can" adlı mahnısı ilə ölkəmizdə də məşhurluq qazanıb.Publika.az
Azərbaycanlı müğənni dəhşətli yol qəzasına düşdü: ölənlər və yaralılar var - FOTO
Azərbaycanlı müğənni dəhşətli yol qəzasına düşdü: ölənlər və yaralılar var - FOTO

Paylaş
Xəbər lentİ