Gəncədə əməliyyat: Yüksək vəzifəli şəxslər saxlanıldı

Oxunma sayı: 459
14-06-2020, 08:26

Gəncədə əməliyyat: Yüksək vəzifəli şəxslər saxlanıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar. Bundan əlavə, şöbənin baş mühasibi və rəis müavininin də saxlanıldığı qeyd olunur.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.


Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

Bundan əlavə, şöbənin baş mühasibi və daha 2 nəfərin saxlanıldığı qeyd olunur.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.


Paylaş
Xəbər lentİ