Azərbaycanda DƏHŞƏT: Kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı

Oxunma sayı: 438
17-06-2020, 02:33

Azərbaycanda DƏHŞƏT: Kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı
Gəncə şəhərində baş verən hadisənin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, qətli törədən şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğludur.

İlkin məlumata görə, hadisəyə səbəb M.Quliyevin qardaşı nəvəsinin boşanmasına etiraz etməsi olub.

Belə ki, bu zaman tərəflər arasında mübahisə yaranıb. Bu zaman M.Quliyev qardaşı arvadını bıçaqlayaraq qətlə yetirib. Qardaşı gəlini və nəvələri isə bıçaq xəsarəti alıblar.




Arasdırma.info xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. / "Report"

Paylaş
Xəbər lentİ