Karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi

Oxunma sayı: 436
7-07-2020, 17:00

Karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi
Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov apa-ya bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.//Yeniavaz

Paylaş
Xəbər lentİ