“Bandotdel” və Kənd Təsərrüfatı Nazirliyindən birgə ƏMƏLİYYAT – SAXLANILANLAR VAR

Oxunma sayı: 497
9-07-2020, 10:14

“Bandotdel” və Kənd Təsərrüfatı Nazirliyindən birgə ƏMƏLİYYAT – SAXLANILANLAR VAR
Kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.
Məlumata görə, əməliyyat dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyaları mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirilir.
Araşdırma nəticəsində məlum olub ki, 10-dan artıq rayonda gübrə təchizatçısı olan şirkətlər fermerlərlə əlbir olaraq subsidiyaları mənimsəyiblər. Bu, əkin sahəsinin olduğundan artıq göstərilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin yalan məlumatların daxil edilməsi hesabına olub. Subsidiyaların yalnız 25%-ni nağdlaşdırmaq mümkün olduğu üçün bəzi fermerlər bank kartların müəyyən məbləğ qarşılığında təchizatçı şirkətlərə satıblar. Onlar isə kartlardakı vəsaitləri öz hesablarına köçürərək əslində fermerlərə gübrə satmayıblar.Əməliyyatı Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə həyata keçirir./report/

***

Daxili İşlər Nazirliyinin (DİN) Kənd Təsərrüfatı nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Arasdırma.info reporta istinadən xəbər verir ki, subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün bir sıra özəl gübrə şirkətlərinin əməkdaşları saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Xəbər lentİ