Tülkü əvəzinə iki çobanı vurdu - Goranboyda qəribə hadisə

Oxunma sayı: 359
19-07-2020, 04:39

Tülkü əvəzinə iki çobanı vurdu - Goranboyda qəribə hadisə
Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb.

Qafqazinfo-nun məlumatına görə, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.


Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban - Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır. //oxu

Paylaş
Xəbər lentİ