Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 3 uşaq anası öldürüldü

Oxunma sayı: 349
20-07-2020, 05:19

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 3 uşaq anası öldürüldü
Ağdaş rayonunda ər arvadını bıçaqlayaraq qətlə yetirib.

Arasdırma.info xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün rayonun Nehrəxəlil kəndində baş verib.

Rayonun Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elburus qızını bıçaqlayıb. Səkkiz bıçaq xəsarəti alan Nuranə Səttarova dünyasını dəyişib. Yerli sakinlərinin sözlərinə görə Nuranə 2012-ci Tofiqi kəndinə gəlin gəlib. Bir həftə öncə ər və arvad arasında münaqişə olub. Bundan sonra Nuranə Səttarova Nehrəxəlil kəndində yaşayan atasının evinə gedib. Bu gün günorta saatlarında Tural Səttarov qayınatasıgilə gedərək yenidən həyat yoldaşı ilə dava edib və onu bıçaqlayıb. Üç uşaq anası olan Nuranə Səttarova hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Paylaş
Xəbər lentİ