“Tik-tok”da narkotik vasitələrin qəbulunu təbliğ edən “Maya” və “Banu” saxlanıldı

Oxunma sayı: 345
22-07-2020, 18:01

“Tik-tok”da narkotik vasitələrin qəbulunu təbliğ edən “Maya” və “Banu” saxlanıldı
“Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.
Arasdırma.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail Rayon Polis İdarəsinin 39-cu və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər - sosial şəbəkələrdə “Maya” və “Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.
Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar. //"Ölkə.Az"

Paylaş
Xəbər lentİ